Xəzər Xəbər

AMEA: Xarici alimlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırma aparırlar

Gündəm | 17:44 • 14 Fevral 2018
AMEA: Xarici alimlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı araşdırma aparırlar

Hinsdistan, Qırğızıstan və Litva alimləri Dağlıq Qarabağ münaqişəsi və girov götürülmüş Azərbaycan vətəndaşları ilə bağlı elmi araşdırmalar aparırlar.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova Rəyasət Heyətinin bu gün keçirilən iclasında çıxış edərkən deyib.

Bölmənin problemlərindən də danışan N.Axundova əlavə edib ki, gənclərin elmə marağının artması üçün onları stimullaşdırmaq lazımdır. Bunun üçün gənclər elmi tədqiqatlara daha çox cəlb edilməli, onlarla birgə elmi əsərlər yazılmalıdır.

N.Axundovanın sözlərinə görə, kadrların elmi səviyyəsinin artırılması da lazımdır.

Akademik-katib qeyd edib ki, bölmənin alimləri elmin aktual problemləri, təkrarlanmayan, yeni mövzular üzrə araşdırmalar aparmalıdırlar: "Bu tədqiqatlar dünya üçün də maraqlı olmalıdır".

N.Axundova qeyd edib ki, bölmənin elmi müəssisələrində 33 problemi əhatə edən 297 iş üzrə tədqiqatlar aparılıb, 57 mövzu üzrə 228 iş tamamlanıb. Ötən il bölmənin elmi müəssisələrinin işçilərinin əsərlərinə 850 istinad edilib, əməkdaşların impakt faktorlu jurnallarda 39 məqaləsi çap edilib. Hesabat ilində fəlsəfə doktorluğu üzrə 22, elmlər doktorluğu üzrə 1 nəfər dissertasiya işi müdafiə edib. (Trend)

Xəbər lenti