Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Böyük
Britaniyanın Baş nazirinin ticarət elçisi xanım Baronessa Emma Nikolsonu
qəbul edib.
XəzərXəbər xəbər verir ki, dövlətimizin başçısı Baronessa Emma Nikolsonun Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcək 4-cü iclasında iştirakına görə minnətdarlığını bildirdi.
Görüşdə Azərbaycan ilə Böyük Britaniya
arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər
sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, BP şirkəti ilə Azərbaycan
arasında uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyi qeyd
edildi.
Söhbət zamanı Azərbaycanın Avropanın
enerji təhlükəsizliyinin təmin edilməsinə verdiyi töhfənin, "Cənub Qaz
Dəhlizi” layihəsinin önəmi vurğulandı, layihə ilə bağlı Məşvərət
Şurasının Bakıda keçiriləcək 4-cü iclasının əhəmiyyəti qeyd edildi.