Fevralın 15-də Bakıda
keçiriləcək "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin
dördüncü iclasına hazırlıq işləri yekunlaşıb.
Energetika Nazirliyinin mətbuat xidmətindən
XəzərXəbər-ə verilən məlumata görə, toplantıda iştirak edəcək ölkələrin sayı dəqiqləşib. Məşvərət Şurasının IV iclasında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç,
”Cənub Qaz Dəhlizi” layihəsinə cəlb edilmiş ölkələrdən - Gürcüstan baş
nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri
Dimitri Kumsişvili, Türkiyənin enerji və təbii sərvətlər naziri Berat
Albayrak, Bolqarıstanın energetika naziri Temenujka Petkova, İtaliyanın
iqtisadi inkişaf nazirinin müavini İvan Scalfarotto, Yunanıstanın ətraf
mühit və energetika nazirliyinin nümayəndələri-Mixail Verroiopolos,
Ludovikos Kotsonopoulos, Albaniyadan isə energetika və sənaye nazirinin
müavini Enis Aliko iştirak edəcək.
ABŞ-ı
Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun beynəlxalq enerji
məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən
Syu Saarnio və Böyük Britaniyanı
baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson
təmsil edəcək. Monteneqronun enerji məsələləri üzrə dövlət katibi Nikola
Vuyoviç, Xorvatiyanın Ətraf mühit və energetika nazirliyinin dövlət
katibi İvo Milatiç, Bosniya və Herseqovinadan isə xarici ticarət və
iqtisadi əlaqələr nazirinin müşaviri Nedo Kapetina tədbirə qatılacaq.
Məşvərət Şurasının iclasında ilk dəfə olaraq Türkmənistan və Rumıniya da
iştirak edəcək. Türkmənistanı toplantıda Prezidentin müşaviri Yaxşıgəldi Kakayev, Rumıniyanı isə energetika nazirinin müavini Yuliyan Robert Tudorake təmsil edəcək.
Tədbirdə iştirakı dəqiqləşənlər arasında TANAP-ın
baş direktoru Saltuk Düzyol, TAP-ın icraçı direktoru Luka Şieppatinin
rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də başqa regional prezidenti
Qəri Counz olmaqla BP şirkəti geniş tərkibdə yer alıb. Bununla yanaşı,
toplantıda Snam, Enagas, Axpo və Fluxys şirkətlərinin də iştirakı
nəzərdə tutulub. Beynəlxalq maliyyə qurumlarından isə tədbirə Asiya
İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Departamentinin enerji
bölməsinin direktoru Aşok Bhargava, bankın ölkəmizdəki nümayəndəliyinin
rəhbəri Nəriman Mannabekov, eləcə də layihə icracıları Yaqut Ertenliche
və Səbinə Cəfərova qatılacaq.
Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətinin tərkibinə isə bankın Şərqi Avropa və Qafqaz icraçı direktoru Françis Malige, Qafqaz, Moldova və Belarus üzrə regional direktor Bruno Balvanera, təbii sərvətlər üzrə direktor Erik Rasmussen, Rusiya, Qafqaz
və Mərkəzi Asiyada enerji üzrə direktor Aida Sitdikova və baş bankir
Veronika Krakoviç və Azərbaycan nümayəndəliyinin rəhbəri İvana Fernandes
Duarte daxildir.
Avropa
İnvestisiya Bankından isə toplantıda qurumun vitse-prezidenti Vazil
Hudakın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə
heyətinə bankın maliyyə bölməsinin müdir müavini Peter Ceffreys, enerji
üzrə baş iqtisadçısı Aleksandr Antonyuk, bankın Cənubi Qafqazdakı
regional nümayəndəliyinin rəhbəri Sebastien Husson de Sempayni
daxildir. Beynəlxalq Maliyyə Korporasiyasının toplantıda iştirak edəcək
nümayəndələri isə bunlardır: Bankın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Tomas Telma, Cənubi Qafqaz üzrə regional direktor Yan van Bilsen və Azərbaycan nümayəndəliyinin rəhbəri Aliyə Əzimova.
Almaniya İnkişaf Bankının (KfW) baş icraçı direktoru Klaus Miçalak da tədbirə dəvəti qəbul edib. Dünya Bankının Avropa
və Mərkəzi Asiya regionunda enerji məsələləri üzrə meneceri Sameer
Şukla, enerji üzrə baş mütəxəssisi Əbdüləziz Fəqhi və Azərbaycan üzrə
ölkə meneceri Naveed Həsən Naqvi Məşvərət Şurasının dördüncü iclasının
iştirakçıları sırasındadır. Çoxtərəfli İnvestisiya Zəmanəti Agentliyini
isə qlobal inkişaf üzrə direktor markus Villiams təmsil edəcək.
"Cənub
Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü
toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra dörd plenar
sessiya üzrə davam edəcək. Birinci sessiyada "Cənub Qaz Dəhlizi”
layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar
diqqətə çatdırılacaq. Maroş Şevçoviç
və energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən
ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin
çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya "Global enerji
bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi”
mövzusuna həsr olunub. Dördüncü hissədə isə "Cənub Qaz Dəhlizi”
layihəsinin genişləndirilməsi perspektivləri, İGB və İAP istiqamətləri
üzrə məruzələr dinləniləcək. Yekun olaraq "Cənub Qaz Dəhlizi” Məşvərət
Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən "Birgə
Bəyannamə”, eləcə də "Albgaz” və "SOCAR
Balkans”, həmçinin "Plinacro”, "Albgaz”, "BH Gas” və "Montenegro Bonus”
arasında Niyyət məktublarının imzalanması planlaşdırılır.
Daha sonra energetika naziri Pərviz Şahbazov və Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin
iştirakı ilə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.
Xatırladaq ki, "Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurası çərçivəsində
nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı
2016-cı il fevralın 29-da, üçüncü toplantı isə ötən il fevralın 23-də
keçirilib.