Bakı Baş Gömrük
İdarəsinin "Beynəlxalq Dəniz Ticarət Limanı" gömrük postunda
Türkmənistan Respublikasından "Bagtyyar" gəmisi ilə Azərbaycana gələn
Türkmənistan vətəndaşı Muhammet Charyyev gömrükdən qanunsuz yolla qızıl
məmulatları keçirtmək istəyərkən saxlanılıb.
XəzərXəbər-in
Dövlət Gömrük Xidmətinin saytına istinadən məlumatına görə, M. Charyyev
nəzarətindən keçdikdən sonra postun qarşısında duraraq Azərbaycana
gələn digər sərnişinlərdən qızıl məmulatlarını qəbul etməsi barədə BBGİ
Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə əməliyyat məlumatı daxil
olub.
Məlumat əsasında vətəndaş Charyyev Muhammet saxlanılaraq
təkrarən gömrük postuna dəvət olunub və onun üzərində qızıl
məmulatlarının olub-olmaması barədə sorğu-sual edilib. Keçirilən gömrük
nəzarəti zamanı vətəndaş Charyyev Muhammet ümumi çəkisi 203 qram olan
qızıl məmulatlarını gömrük nəzarətinə təqdim edərək bildirib ki, həmin
qızıl məmulatları Türkmənistan vətəndaşı Moshyyeva Bıbıjemala məxsusdur
və onun xahişi ilə digər üç nəfər qadın sərnişindən götürüb, sonradan
isə həmin məmulatları onunla birgə "Bagtyyar" gəmisi ilə gələn və həmin
qızıl məmulatlarının sahibi olan Moshyyeva Bıbıjemala təhvil verəcək.
Bundan
sonra Türkmənistan Respublikasından "Bagtyyar" gəmisi ilə Azərbaycana
gələn Türkmənistan vətəndaşları Palıvanova Oguljennetin və Moshyyeva
Bıbıjemalın üzərlərində şəxsi yoxlama aparılıb və əl çantalarına baxış
keçirilib. Şəxsi yoxlama və əl çantasına baxış zamanı ümumi çəkisi 790
qram olan qızıl məmulatları aşkar olunub. Beləliklə, hər üç vətəndaşdan
ümumilikdə, cəmi çəkisi 993 qram olan qızıl məmulatları aşkar edilib.