"Mart ayından başlayaraq din xadimlərinə məvacibin verilməsi planlaşdırılır".
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov məlumat verib.
Komitə rəsmisi bildirib ki, din xadimlərinə 400-450 manat civarında əmək haqqı veriləcək.
"Bu,
onların tutduğu vəzifədən asılı olacaq. İmamlar, imam müavinləri və
dini ayin icraçıları statusuna uyğun əmək haqqı alacaqlar".