Xəzər Xəbər

Əli Əhmədov prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilib

Gündəm | 10:47 • 12 Fevral 2018
Əli Əhmədov prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndəsi təyin edilib

Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov 11 aprel 2018-ci ildə Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndəsi təyin edilib.

YAP-dan xezerxeber.az-a verilən məlumata görə, Əli Əhmədov Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2018-ci il fevral ayının 12-dən aprel ayının 11-nə qədər etibarən baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.

Sosial səhifələrdə paylaş

Xəbər lenti