Xəzər Xəbər

Müəlliflərin qonorarının 5 faizi həcmində Müəllif Hüquqları Agentliyinə haqq ödəniləcək

Gündəm | 09:06 • 10 Fevral 2018
Müəlliflərin qonorarının 5 faizi həcmində Müəllif Hüquqları Agentliyinə haqq ödəniləcək

Nazirlər Kabineti "Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar tərəfindən Müəllif Hüquqları Agentliyinə ödəniləcək illik haqqın məbləği barədə" qərar verib.


Xezerxeber.az-ın məlumatına görə, qərara əsasən əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar hesabat ili ərzində müəlliflər və əlaqəli hüquq sahibləri üçün yığdıqları qonorarın 5 faizi həcmində Müəllif Hüquqları Agentliyinə illik haqq ödəyəcəklər.

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlara illik haqqın hər növbəti ilin aprel ayının 1-dək Müəllif Hüquqları Agentliyinin hesabına köçürülməsini təmin etmək tapşırılıb.

Xəbər lenti