Xəzər Xəbər

Yeni qurumun rəhbəri planlarını açıqladı

Gündəm | 15:10 • 9 Fevral 2018
Yeni qurumun rəhbəri planlarını açıqladı

"Azərbaycanda Qida Təhlükəsizliyi Agentiyinin yaranması o demək deyil ki, indiyədək ölkəmizdə bu sahəyə nəzarət edilmirdi. Sadəcə bu günə qədər nəzarət icra orqanları tərəfindən həyata keçirilirib”.

XəzərXəbər xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. Qurum sədri bildirib ki, agentliyin yaradılmasının səbəbi ölkə başçısının həyata keçirdiyi islahatların növbəti mərhələsidir:

"Belə bir qurumun yaradılması bu sahədə islahata ehtiyacın olduğunu ortaya qoydu. Agentliyin əsas vəzifələrindən biri qida təhlükəsizliyi serifikatının verilməsidir ki, bu da idxalçı dövlətin tələbinə uyğun sertifikatlaşdırma əsasında həyata keçiriləcək. Bura MDB, İslam dövlətləri, Avropa İttifaqına daxil olan ölkələr və digələri daxildir. Qarşımıza qoyulan əsas məqsəd idxalçı dövlətin tələbatına uyğun sertifikat təqdim etməkdir. Beynəlxalq qurumlar bizim agentliyi tanımalı və əməkdaşlığı davam etdirilməlidir”.

Q. Təhməzli əlavə edib ki, Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin əsasını bu sahəyə nəzarət təşkil edir.

Xəbər lenti