Xəzər Xəbər

Vatikanın dövlət katibi Azərbaycana gələcək

Gündəm | 12:56 • 9 Fevral 2018
Vatikanın dövlət katibi Azərbaycana gələcək

Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi Arxiyepiskop Paul Riçard Gallagher fevralın 9-12-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə bildiriblər ki, səfər çərçivəsində Arxiyepiskop Paul Riçard Gallagherin xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü, Fəxri Xiyabana və Şəhidlər Xiyabanına, Müqəddəs Məryəm Katolik kilsəsinə, Təzəpir Məscidinə ziyarəti və başqa tədbirlərin təşkil edilməsi planlaşdırılır.

Xəbər lenti