Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası başlayıb.
XəzərXəbər-in xəbərinə görə, iclas Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçirilir.
İclasda tərəflər "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti" çərçivəsində mövcud münasibətlərin vəziyyətini, Avropa
İttifaqı-Azərbaycan ikitərəfli sazişi üzrə aparılan danışıqları
müzakirə edəcəklər. İclasın gündəliyində qeyd olunub ki, Əməkdaşlıq
Şurasının üzvləri "Cənub Qaz Dəhlizi"nə dair məsələlər daxil olmaqla,
enerji əməkdaşlığı məsələsini müzakirə edəcəklər. İclasda mülki aviasiya
razılaşmasına dair danışıqlar da nəzərdə tutulub.