Xəzər Xəbər

“Ölkəmizdə donor çatışmazlığı var” Komitə sədri

Gündəm | 12:37 • 9 Fevral 2018
“Ölkəmizdə donor çatışmazlığı var”

"Transplantasiyanın yalnız tibbi deyil, hüquqi və mənəvi problemləri var. Bu məsələyə düzgün yanaşılmadıqda problemlər qalacaq. Bu sahə inkişaf etdirilməlidir. Azərbaycanda orqan transplantasiyasını həyata keçirən bir neçə klinika fəaliyyət göstərir. Amma hesab edirəm ki, aparılan əməliyyatların sayı yetərli deyil”.

XəzərXəbər xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələrdə komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, aparılan əməliyyatların sayı tələbatdan qat-qat azdır: "Bu sahədə olan problemlər biri orqan qıtlığı, donor çatışmazlığıdır. Hesab edirəm ki, reyester sistemi yaradılmalıdır. Bu, çox vacib məsələdir. Orqan transplantasiyasına ehtiyacı olanlar üçün məlumat bazası rolunu oynaya bilər. Bundan başqa, beyin ölümünü təsdiqləyən mərkəzin də yaradılması vacibdir”.

Xəbər lenti