Xəzər Xəbər

Brüsseldə Azərbaycanla bağlı önəmli iclas keçiriləcək

Gündəm | 09:48 • 9 Fevral 2018
Brüsseldə Azərbaycanla bağlı önəmli iclas keçiriləcək

Bu gün Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası keçiriləcək.

XəzərXəbər xəbər verir ki, iclas Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə baş tutacaq.

Tərəflərin danışıqlar zamanı iqtisadi və ticarət əməkdaşlığı, "Şərq Tərəfdaşlığı" və "Avropa Qonşuluq Siyasəti", Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə edəcəyi gözlənilir.

Xəbər lenti