Xəzər Xəbər

Prezident seçkiləri Azərbaycanın daxili işidir Rəsmi Moskva

Gündəm | 17:32 • 8 Fevral 2018
Prezident seçkiləri Azərbaycanın daxili işidir

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib ki, Azərbaycanda prezident seçkiləri bu suveren dövlətin daxili işidir:

"Seçkilərin motivasiyası, formatı və səbəbləri ilə bağlı ilk növbədə Azərbaycan hökumətinə müraciət edilməlidir. Azərbaycan hökuməti də bunu artıq şərh edib”.

Xəbər lenti