Xəzər Xəbər

"Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllindəki işinə töhfə verirəm"

Gündəm | 16:50 • 8 Fevral 2018
"Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin həllindəki işinə töhfə verirəm"

"Xüsusi nümayəndəliyin mövcudluğu Avropa İttifaqının yalnız Gürcüstanda deyil, Cənubi Qafqaz regionunda münaqişələrin həllində maraqlarını nümayiş etdirir”.

APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan üzrə xüsusi nümayəndəsi Tavio Klaar "civil.ge” agentliyinə müsahibəsində deyib.

Bu vəzifədə daha çox diqqət yetirəcəyi sahələr barədə sualı cavablandıran T. Klaar bildirib ki, fəaliyyətinin bir çox istiqaməti var: "Mənim rolum Gürcüstan münaqişəsində fokuslanmaq, bunun həlli üçün işlərin görülməsinə kömək etmək, Cenevrə beynəlxalq müzakirələrini idarə etməkdir. Bundan başqa, mən Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll prosesində görə biləcəyi işə töhfə verirəm. Yəni işimizin bir çox istiqaməti var”.

Xəbər lenti