Xəzər Xəbər

Prezident İlham Əliyev: "2018-ci il sürətli inkişaf ili olacaq"

Gündəm | 14:59 • 8 Fevral 2018
Prezident İlham Əliyev:

"Bizim ən böyük dəyərimiz müstəqilliyimizdir və müstəqilliyimizin banisi ulu öndər Heydər Əliyevdir”.

Bunu Azərbaycan prezidenti İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışında bildirib.

Azərbaycanın bu yolla uğurla getdiyini bəyan edən prezident İlham Əliyev bildirib ki, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması gələcək illərdə də diqqət mərkəzində saxlanacaq.

Ölkə başçısı gələcəkdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının qeyri-neft sektoru ilə bağlı olduğunu bildirib.

Prezident İlham Əliyev 2018-ci ilin də sürətli inkişaf ili olacağına əminliyini ifadə edib.

Azərbaycanın iştirak etdiyi qlobal layihələrin, Cənub Qaz layihəsinin əhəmiyyətindən danışan dövlət başçısı ölkənin malik olduğu iqtisadi güc və resursların siyasi müstəqilliyimizi də gücləndirdiyini vurğulayıb. (apa)

Xəbər lenti