Xəzər Xəbər

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri davam edir

Gündəm | 14:08 • 8 Fevral 2018
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri davam edir

Səudiyyə Ərəbistanı Krallığı Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, general-mayor Əli bin İbrahim Fəvvazın rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində, Silahlı Qüvvələrin Hərbi Akademiyasında, Təlim və Tədris Mərkəzində, Baş Klinik Hospitalında, "N” saylı hərbi hissədə və Hərb Tarix Muzeyində olublar.

Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı layihələrin həyata keçirilməsi və maraq doğuran digər məsələlər müzakirə olunub.

Xəbər lenti