Xəzər Xəbər

Məmmədyarov Federika Mogerini ilə görüşəcək

Gündəm | 10:16 • 8 Fevral 2018
Məmmədyarov Federika Mogerini ilə görüşəcək

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini fevralın 9-da Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

"Report" xəbər verir ki, görüş Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclası çərçivəsində keçiriləcək.

Tərəflər bir sıra məsələləri, o cümlədən Azərbaycan-Aİ əməkdaşlığının inkişaf perspektivlərini, energetika sahəsində əməkdaşlığı və s. müzakirə etməyi planlaşdırırlar.

Xəbər lenti