Prezident İlham Əliyev
"Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət
Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə
etməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
XəzərXəbər-in məlumatına görə, Qaydanın 2.4-cü bəndində "Agentlik” sözü "Azərbaycan Respublikasının Nazirlər Kabineti” sözləri ilə əvəz edilir.
Belə
ki, bundan sonra Mənzillərin əvəzləşdirilməsi onun sahibinin Agentliyə,
habelə mənzili əldə etdiyi cəmiyyətə əsaslandırılmış yazılı müraciəti
ilə həyata keçiriləcək və bu məsələyə Nazirlər Kabineti
tərəfindən növbədənkənar olaraq, "İnzibati icraat haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılacaq.
Mənzillərin əvəzləşdirilməsinə yol verilən halları Nazirlər Kabineti müəyyən edəcək.