Xəzər Xəbər

Dövlət Baytarlıq Xidmətinə rəis təyin edildi

Gündəm | 16:11 • 1 Fevral 2018
Dövlət Baytarlıq Xidmətinə rəis təyin edildi

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisi vəzifəsinə təyinat olub.

XəzərXəbər APA-ya istinadən xəbər verir ki, kənd təsərrüfatı naziri Heydər Əsədovun müvafiq əmri ilə bu vəzifəyə Azər Süleymanov təyin edilib.

DBNX-nın mətbuat katibi Yolçu Xanvəli faktı təsdiqləyib.

Qeyd edək ki, A. Süleymanov 2015-ci ilin sentyabrından DBNX-nın rəisi vəzifəsini icra edirdi.

Xəbər lenti