Xəzər Xəbər

Dənizdə itkin düşən azərbaycanlıların ailələrinə təzminat ödəniləcək

Gündəm | 16:09 • 1 Fevral 2018
Dənizdə itkin düşən azərbaycanlıların ailələrinə təzminat ödəniləcək

Yapon dənizində itkin düşən "Vostok” (Şərq) gəmisinin ekipaj üzvlərinin ailə üzvlərinə kompensasiya veriləcək.

Bunu gəminin sahibi, "DV-flot” şirkətinin baş direktoru Stanislav Malçevski bildirib.

Onun sözlərinə görə, heyət üzvlərinin qohumlarına 1,5 milyon rubl təzminat ödəniləcək.

Hələlik gəmi heyəti itkin düşmüş hesab olunur. Yalnız məhkəmə qərarından sonra heyət üzvlərinin həlak olması elan ediləcək.

Qeyd edək ki, yanvarın 25-də Rusiyaya məxsus "Vostok" balıqçı gəmisi Yapon dənizinin Primorski vilayəti sahillərində yoxa çıxıb. Gəminin göyərtəsində 21 nəfər olub. İtkin düşən şəxslərdən ikisi Rusiya vətəndaşı olan azərbaycanlı matros Mübariz Hüseynov və Ruslan Əlizadədir./azvision.az

Xəbər lenti