Xəzər Xəbər

“Quş qripi” bir addımlıqda Azərbaycan üçün təhlükə varmı?

Gündəm | 14:29 • 1 Fevral 2018
“Quş qripi” bir addımlıqda
İranda ötən ilin mart ayından yayılan "quş qripi”nə görə 21 milyon toyuq məhv edilib. Artıq ölkənin 421 mərkəzində "quş qripi” aşkarlanıb.

Qonşu ölkədə yayılan virusun Azərbaycan üçün təhlükəsi ilə bağlı Publika.az-ın sualına cavab verən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətininrəhbəri Yolçu Xanvəli İrandan quş və quş əti idxal edilmədiyini deyib:

"Ötən il İranda yayılmış quş qripinə görə həmin ölkədən diri quş, quş və quşçuluq məhsullarının idxaləna qadağa qoyulmuşdu. Bu gün də həmin qadağa qüvvədədir.

Ölkəmizdə quş qripi ilə bağlı epizootik durum sabitdir. Ötən il iki dəfə payız miqrasiyası dövründə monitorinqlər keçirildi. Monitorinqlər zamanı həm köçəri quşlar, həm də ayrı-ayrı quşçuluq təsərrüfatlarından götürülən qan və patoloji materiallar yoxlanıldı. Nə çöl, nə də ev quşlarında xəstəliyin daşıyıcısı müşahidə edildi. Hazırda təkdırnaqlı heyvanlarda, həm də cücə və ana quşlarda taun xəstəliyinə görə profilaktik tədbirlər həyata keçirilir. Ölkəmizdə epizootik tədbirlərə görə vəziyyət stabildir”.

Y.Xanvəli bəzi bölgələrdə quşlar arasında yayılan xəstəliyin "quş qripi” ilə əlaqədar olmadığını deyib:

"Baxımsızlıq, qurd xəstəlikləri ilə əlaqədar olaraq bölgələrdə fərdi təsərrüfat sahələrində problemlər yaşanır. Təsərrüfat sahibləri ev quşlarının ölüm halları ilə bağlı müraciət edir. Onlara qurd və digər parazital xəstəliklərə görə həyata keçirilməli olan tədbirlər barədə məlumat verilir. Bu xəstəliklərə qarşı mübarizə tədbirləri təsərrüfat sahiblərinin öz imkanları hesabına dərmanla təmin edilir”.

Xəbər lenti