Xəzər Xəbər

Bakıətrafı qəsəbələrə elektrik qatarının istifadəyə verilmə vaxtı açıqlandı

Gündəm | 14:28 • 1 Fevral 2018
Bakıətrafı qəsəbələrə elektrik qatarının istifadəyə verilmə vaxtı açıqlandı

Bu gündən etibarən qatarların sürətini və intensiv hərəkətini təmin etmək məqsədilə Bakı-Sumqayıt dairəvi dəmir yolunun əsaslı təmirinə start verilib.

"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, ümumi uzunluğu 107 km olan baş yollarda təmir işlərinin sentyabr ayına qədər başa çatdırılması planlaşdırılır. Layihə mərhələli şəkildə həyata keçiriləcək. İlkin mərhələdə Sabunçu-Bakı sərnişin stansiyası istiqamətində 14 km yolun sökülməsi və əsaslı təmiri nəzərdə tutulub.

Qeyd edək ki, bu yolun qoyuluşu başa çatandan sonra Bakı və Bakıətrafı qəsəbə və kəndlərin əhalisinin, dəmir yolundan istifadə etməklə, nəqliyyat problemi, qismən də olsa, aradan qaldırılacaq. Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edərək, mənzil başına rahat və təhlükəsiz şəraitdə çatacaq.

Xəbər lenti