Xəzər Xəbər

Qobustan həbsxanası nə vaxt köçürüləcək? Açıqlama

Gündəm | 13:13 • 31 Yanvar 2018
Qobustan həbsxanası nə vaxt köçürüləcək?

Bakının Qaradağ rayonu ərazisində yeni, müasir standartlara cavab verən qapalı həbsxananın tikintisi davam etdirilir.

Bu barədə XəzərXəbər-ə Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.

Umbakı qəsəbəsində tikilən yeni həbsxananın nə zaman istifadəyə veriləcəyinə gəlincə, M.Sadıqov dəqiq vaxtın məlum olmadığını bildirib.

Qeyd edək ki, həbsxana hazır olandan sonra Qobustan Qapalı Həbsxanası həmin müəssisəyə köçürüləcək.

Xəbər lenti