Xəzər Xəbər

Elmar Məmmədyarov Türkmənistana rəsmi səfər edib

Gündəm | 09:59 • 31 Yanvar 2018
Elmar Məmmədyarov Türkmənistana rəsmi səfər edib

Xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə Türkmənistana rəsmi səfərə yola düşüb.


Xezerxeber.az-ın XİN-in saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Elmar Məmmədyarovun Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.


Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), "Azərbaycan Dəmir Yolları” QSC, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin yüksək səviyyəli təmsilçiləri daxildir.


Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov 2-3 aprel 2014-cü ildə Azərbaycanda rəsmi səfərdə olub.


18-19 iyul 2017-ci il tarixində isə R. Meredov Bakı şəhərində keçirilmiş Azərbaycan-Türkmənistan-Türkiyə xarici işlər nazirlərinin dördüncü üçtərəfli görüşü çərçivəsində Azərbaycana səfər edib.

Xəbər lenti