Xəzər Xəbər

Əfv Komissiyasının iclası keçirildi 100 məsələyə baxıldı

Gündəm | 17:56 • 30 Yanvar 2018
Əfv Komissiyasının iclası keçirildi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.

APA-nın xəbərinə görə, komissiyaya əfvlə bağlı 1000-dən çox müraciət daxil olub, bu gün 100-dək müraciətə baxılıb.

Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.

Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.

Xəbər lenti