Azərbaycan gətirilən tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergiləri 2 dəfədən çox artırılıb.
Bu, Nazirlər Kabinetinin
"Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb
olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" qərarında
etdiyi dəyişiklikdə əksini tapıb.
Keçən il dekabrın 21-də dərc olunmuş qərar 30 gün sonra, yanvarın 23-də qüvvəyə minir.
Qərara
əsasən, tərkibində tütün olan siqarlar, ucları kəsilmiş siqarlar və
siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 10 manatdan 20
manata, tərkibində tütün olan siqaretlərin, o cümlədən digər siqaretlər
və siqarillaların 1000 ədədinə tətbiq edilən aksiz dərəcəsi 4 manatdan
12 manata qaldırılıb.