Xəzər Xəbər

Varisi Sarkisyandan vaxt istədi, Londona yollandı

Gündəm | 13:24 • 22 Yanvar 2018
Varisi Sarkisyandan vaxt istədi, Londona yollandı

Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan ölkə rəhbəri Serj Sarkisyanın prezidentliklə bağlı ona ünvanladığı təklifə hələ müsbət reaksiya verməyib.

XəzərXəbər "Armtimes”-a istinadən xəbər verir ki, Armen Sarkisyan təklifə görə, Sarkisyana təşəkkür edərək, fikirləşməsi üçün ondan vaxt istəyib.

"Etibarınız üçün bir daha sizə öz təşəkkürümü bildirirəm. Mənə yekun qərarı vermək üçün bir müddət vaxt lazım olacaq” - Armen Sarkisyan Ermənistan prezidentinə deyib.

Maraqlıdır ki, Armen Sarkisyan ona edilən təklifdən sonra İrəvanda çox qalmayıb, ölkəni tərk edərək bu gün Londona yollanıb./AzVision.az

Xəbər lenti