Milli Məclisin
Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
üzvləri ilə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və
Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke arasında görüş keçirilib.
XəzərXəbər xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, siyasi, iqtisadi və humanitar sahələrdə Almaniya–Azərbaycan münasibətləri ətrafında müzakirələr aparılıb.
Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fuad Muradov
iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib.
Bildirib ki, bu əlaqələr həm siyasi, həm də iqtisadi sahədə inkişaf
edir. Yüksək səviyyəli görüşlər göstərir ki, Azərbaycan ilə Almaniya
arasında münasibətlər müxtəlif istiqamətlər üzrə inkişaf edir.
Ölkələrimiz arasında iqtisadiyyat, mədəniyyət, insan haqları,
demokratiya sahələrində yaxşı əməkdaşlıq mövcuddur.
Azərbaycan Milli Məclisi
ilə Almaniya Bundestaqı arasında da əlaqələrin yüksək səviyyədə
olduğunu deyən deputata bildirib ki, Almaniya hökuməti və xalqı
ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Almaniyanın sülhpərvər missiyası, beynəlxalq hüquqa əsaslanmış mövqeyi bizi sevindirir.
Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz
və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke bildirib ki, iki ölkə
arasında münasibətlər dinamik inkişaf şəkildə inkişaf edir. O, bu
səfərinin əlaqələrimizin daha da inkişafına töhfə verəcəyinə əminliyini
bildirib.
Almaniyanın Azərbaycan ilə əməkdaşlığa çox böyük önəm verdiyini deyən qonaq bildirib ki, Azərbaycan Almaniyanın Qafqazdakı
çox vacib iqtisadi tərəfdaşdır. Bundan əlavə, iki ölkə arasında
əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etməsi əhəmiyyətlidir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Andreas Peşke qeyd edib ki, Almaniya bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıdır.
Görüşdə
ölkələrimiz arasında münasibətlərin hazırkı vəziyyəti və onun daha da
inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Qonağa
Azərbaycanda həyata keçirilən islahatlar, ölkəmizin iqtisadi inkişafı
haqqında ətraflı məlumat verilib. Tərəflər münasibətlərin
yaxşılaşdırılması üçün bu cür görüşlərin və faydalı fikir
mübadilələrinin vacibliyini vurğulayıblar.