Xəzər Xəbər

Baş nazirin müavini: 20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq tarixidir

Gündəm | 11:15 • 20 Yanvar 2018
Baş nazirin müavini:

İyirmi Yanvar faciə olmaqla yanaşı, eyni zamanda, Azərbaycan xalqının qəhrəmanlıq tarixidir. Azərbaycanın igid övladları həmin gün sovet ordusu tərəfindən qətlə yetirildilər, amma bu gün həm də müstəqillik tariximizin çox şərəfli səhifəsidir.

Bu fikirləri jurnalistlərə müsahibəsində Baş nazirin müavini Əli Əhmədov bildirib.

Baş nazirin müavini deyib ki, hər il Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edərək müstəqillik uğrunda öz canlarını fəda etmiş insanlara hörmət və ehtiramlarını bildirirlər. Bu da bir daha göstərir ki, şəhidlərimiz unudulmur, onların xatirəsi daim qəlblərdə yaşayacaq.

Xəbər lenti