Xəzər Xəbər

Nazirlərin Qarabağ görüşü başa çatdı

Gündəm | 19:22 • 18 Yanvar 2018
Nazirlərin Qarabağ görüşü başa çatdı

Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş başa çatıb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter” səhifəsində yazıb.

ATƏT-in Minsk qrupu həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunub.

***

Polşanın Krakov şəhərində Azərbaycanın və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.

Bu barədə Azərbaycan XİN-in mətbniat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter” səhifəsində yazıb.

"Xarici işlər naziri Elmar Məmmədyarov hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşür. Azərbaycan tərəflər arasında münaqişənin nizama salınması üzrə predmet və məntiqli danışıqları dəstəkləyir”, - deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, görüşdə Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edir.

Xəbər lenti