Avropa İttifaqı (Aİ)
Metsamor Atom Elektrik Stansiyasının (AES) bağlanılması üçün Ermənistana
200 milyon avro ayıracağına söz verib.
XəzərXəbər xəbər verir ki, bu barədə Rusiyanın "Nezavisimaya Qazeta” nəşri məlumat
yayıb. Qəzet iddia edir ki, Brüssel AES-i alternativ enerjilərlə əvəz
etməyi təklif edib.
Xatırladaq ki, Metsamor AES 1976-cı ildə
inşa edilib. Hər biri 408 MV gücə sahib WWER-440 /230 tipli 2 yunitardan
ibarətdir. Stansiya Ermənistanın paytaxtı İrəvandan 32 km, Qarsdan 100
km, İğdırdan isə 30 km uzaqlıqdadır. AES dünyanın ən etibarsız
reaktorlarından biridir. Stansiyanın tikilməsi zamanı SSRİ alimləri onun Ağrı dağı tektonik zonasında yerləşəcəyi üçün buna qarşı çıxıblar.
Köhnəlmiş texnologiyalar əsasında inşa edilmiş Metsamor AES 11 ballıq zəlzələ
riski olan seysmik zonada yerləşdiyi üçün bütün regiona ciddi
təhlükədir. Stansiyanın çevrəsində beş tektonik çat mövcuddur və
onlardan biri stansiyadan 500 metr məsafədə yerləşir.
Stansiyanın
istifadə etdiyi nüvə materiallarının "çirkli bomba” yaratmağa çalışan
terrorçuların əlinə düşə biləcəyi riski də həddindən artıq böyükdür.
Bundan başqa, nüvə tullantılarını Azərbaycanın işğal altındakı
ərazilərində basdırılması haqqında da əsaslı şübhələr var.
Elektrik
stansiyasını istismardan çıxarmaq əvəzinə Ermənistan onu 2026-cı ilə
qədər işlətməyi planlaşdırır. Bu isə o deməkdir ki, bütöv region daha 10
il ərzində təhlükə içində yaşayacaq. 2011-ci ildə Yerevan Avropa İttifaqının stansiyanın fəaliyyətinin dayandırılması ilə bağlı çağırışlarını da rədd edib.
Metsamor AES Türkiyədən cəmi 16, İrandan 60, Azərbaycan və Gürcüstan sərhədlərindən isə 120 km uzaqlıqda yerləşir./azvision.az