Xəzər Xəbər

Azərbaycan 460 milyon ton neft ixrac edib

Gündəm | 11:06 • 4 Yanvar 2018
Azərbaycan 460 milyon ton neft ixrac edib

"Azərbaycanda bu günə dəqiqləşdirilmiş çıxarıla bilən karbohidrogen ehtiyatı neft ekvivalentində 4,050 mlrd. ton, proqnoz karbohidrogen ehtiyatı isə neft ekvivalentində 5,450 mlrd. tondur. Beləliklə, ümumi karbohidrogen ehtiyatları şərti yanacaqla 9,5 mlrd. ton həcmində qiymətləndirilir”.

XəzərXəbər-in məlumatına görə, bunu SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Respublika” qəzetində dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, Xəzər dənizin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənilməsinə başlanıldığı 1997-ci ilin noyabrından 2017-ci ilin dekabrın 1-nə kimi olan müddətdə 445 mln. ton neft və 140 mlrd. kubmetr səmt qazı hasil edilib:

"Azəri-Çıraq-Günəşli”dən hasil olunan ümumi neftin 250 mln. tonu və ya 56%-i Azərbaycanın mənfəət neftinin payına düşür. 2017-ci ilin dekabrın 1-nə Azərbaycanın dünya bazarlarına ixrac etdiyi 460 mln. ton neftin 350 mln. tonu Bakı-Tbilsii-Ceyhan əsas boru kəməri vasitəsilə ixrac edilib”.

Xəbər lenti