Xəzər Xəbər

Ordumuz üçün yığılan vəsait açıqlandı

Gündəm | 10:45 • 4 Yanvar 2018
Ordumuz üçün yığılan vəsait açıqlandı

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, 1 yanvar 2018-ci il tarixədək 88.008.970,18 AZN, 212.873,88 ABŞ dolları, 9536,0 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.

Xəbər lenti