Xəzər Xəbər

İran və Azərbaycan avtomobil istehsalına başlayır – İldə 10 min ədəd

Gündəm | 11:46 • 3 Yanvar 2018
İran və Azərbaycan avtomobil istehsalına başlayır

Azərbaycan və İran yaxın vaxtlarda beş avtomobil markasının istehsalına start verəcək. 

XəzərXəbər "İRNA”-ya istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı ticarət attaşesi Məhəmməd İbrahim Nağızadə bildirib.

Ticarət attaşesinin sözlərinə görə, avtomobillərin birgə istehsalına 2018-ci ilin martında başlanılacaq.

Nağızadə qeyd edib ki, İranın "Iran Khodro” və Azərbaycanın "AZMAŞ” şirkətləri avtomobillərin istehsalına 2018-ci ilin martında başlayacaq: "Birgə müəssisənin illik istehsal gücü təxminən 10 min avtomobil olacaq. İlkin mərhələdə şirkət 3 min, ikinci mərhələdə isə beş min avtomobil istehsal etməyi planlaşdırır”.

Xəbər lenti