Xəzər Xəbər

MDB-yə sədrlik Tacikistana keçib

Gündəm | 11:20 • 1 Yanvar 2018
MDB-yə sədrlik Tacikistana keçib

MDB-yə sədrlik 2018-ci ilin yanvarın 1-dən Rusiyadan Tacikistana keçib.

XəzərXəbər-in məlumatına görə, Tacikistan prezidenti Emoməli Rəhmon dekabrın sonunda Moskvada MDB-nin qeyri-rəsmi sammitində çıxış edərkən ölkəsinin MDB-yə sədrliyi dövründə səylər əsasən hərbi-texniki əməkdaşlığın və sərhəd təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəldiləcəyini bildirib.

Onun sözlərinə görə, terrorçuluq, ekstremizm və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizəyə də xüsusi diqqət ayrılacaq.

O, əlavə edib ki, Tacikistanın MDB sədri kimi səyləri iqtisadi əlaqələrin daha da inkişafına yönəldiləcək.

Xəbər lenti