Xəzər Xəbər

ATƏT-ə sədrlik İtaliyaya keçdi

Gündəm | 11:13 • 1 Yanvar 2018
ATƏT-ə sədrlik İtaliyaya keçdi

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrlik 2018-ci il yanvar ayınn 1-dən İtaliyaya keçib.

XəzərXəbər-in məlumatına görə, ATƏT-də müvəqqəti rəhbər rolunu İtaliyaya vermək qərarı 2016-cı ilin iyulunda bütün 57 üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilib.

İtaliya XİN-i ölkənin ATƏT-də sədrliyinin əsas prioritetlərini açıqlayıb - Ukraynanın şərqindəki vəziyyətin Minsk razılaşmaları və danışıqların Normand formatına uyğun şəkildə nizamlanmasına tam siyasi dəstək veriləcək, Avropanın digər problemli nöqtələri olan Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı mövzularına xüsusi diqqət yetiriləcək.

Xəbər lenti