Xəzər Xəbər

Bakı metrosu bayram hədiyyələri təqdim edir - FOTO

Gündəm | 12:36 • 30 Dekabr 2017
Bakı metrosu bayram hədiyyələri təqdim edir -

Dekabrın 30-da Bakı metrosunda Yeni il ilə əlaqədar bayram tədbiri keçirilir.

Xezerxeber.az məlumat verir ki, təşkil edilən bayram tədbiri ilə əlaqədar olaraq Bakı metrosunda vaqonlar, xüsusilə də retro vaqonlar yeni ilə uyğun bəzədilib. Şaxta baba və Qar qız ənənəvi olaraq uşaqlar üçün bayram hədiyyələrini təqdim edir.

Yeni ilə uyğun bəzədilən vaqonlar dekabrın 30-dan yanvarın 2-dək hərəkət edəcək. Həmçinin bu tarixlərdə metronun 4 stansiyasında - "28 May", "İçərişəhər", "Elmlər Akademiyası" və bənövşəyi xəttin "Memar Əcəmi" stansiyasında klassik və xalq musiqilərindən ibarət konsert proqramı sərnişinlərə təqdim olunacaq.

Xəbər lenti

Çox oxunanlar