Xəzər Xəbər

Azərbaycan ilə Rumıniya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub - FOTO

Gündəm | 18:03 • 29 Dekabr 2017
Azərbaycan ilə Rumıniya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub -
Dekabrın 29-da Müdafiə naziri general-polkovnik Zakir Həsənov Əfqanıstandan Azərbaycan üzərindən tranzitlə öz ölkəsinə qayıdan Rumıniyanın Milli Müdafiə naziri cənab Mihai-Viorel Fifor ilə görüşüb.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, işçi nahar zamanı keçirilən görüşdə regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, eləcə də qarşılıqlı maraq kəsb edən bir sıra digər məsələlər müzakirə edilib.

Xəbər lenti