Xəzər Xəbər

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hesabat verib

Gündəm | 16:12 • 29 Dekabr 2017
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hesabat verib

Dekabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 2017-ci ilin xidməti fəaliyyətin yekunlarına və 2018-ci ilin yanvar çağırışına hazırlıqla əlaqədar müşavirə keçirilib.

Qurumdan bildiriblər ki, müşavirədə xidmət rəisi, general-leytenant Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2017-ci il ərzində görülmüş işlərə dair ətraflı çıxış edib, 2018-ci ildə görüləcək işlər barədə məlumat verib.

Müşavirədə bir sıra məsələlər müzakirə olunub. General-leytenant Arzu Rəhimov 2018-ci ildə xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunmasına dair tapşırıq və tövsiyələrini çatdırıb.

Müşavirədə Xidmət rəisinin müavinləri və idarə rəisləri görülmüş işlərə dair məruzələr ediblər.

Sonda Xidmət rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Xəbər lenti