Xəzər Xəbər

Bakıya bu il hansı prezidentlər gəlib? XİN açıqladı

Gündəm | 16:36 • 28 Dekabr 2017
Bakıya bu il hansı prezidentlər gəlib?

13 ölkənin prezidenti və dövlət başçısı bu il Azərbaycana gəlib

XəzərXəbər
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında qeyd olunub. Bildirilib ki, Qazaxıstan, Moldova, Türkmənistan, Bolqarıstan prezidentləri, Bosniya və Hersoqovinanın rəyasət heyətinin sədri rəsmi səfərlə, Əfqanıstan prezidenti isə işgüzar səfərlə Azərbaycanda olub.

Makedoniya, Monteneqro, Albaniya, Gürcüstan, Latviya dövlət başçıları V Bakı Qlobal Forumunda, Mali prezidenti IV Ümumdünya mədəniyyətlərarası dialoq forumunda, Türkiyə prezidenti Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi və Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək məqsədilə ölkəmizə səfər ediblər. Qazaxıstan, Gürcüstan və Özbəkistanın Baş nazirləri Bakı-Tbilisi-Qars dəmir yol xəttinin açılış mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olublar.

Xəbər lenti