Xəzər Xəbər

Prezident onlara “Dostluq” ordeni verdi

Gündəm | 15:17 • 28 Dekabr 2017
Prezident onlara “Dostluq” ordeni verdi

Prezident İlham Əliyev Marianna Vardinoyannisin "Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

XəzərXəbər xəbər verir ki, sərəncamda qeyd edilir ki, Azərbaycan və Yunanıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Marianna Vardinoyannis "Dostluq” ordeni ilə təltif edilsin.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan və Qazaxıstan xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Darxan Kyandıkulı Kıdırəli və Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə Robert Viktoroviç İlatov "Dostluq” ordeni ilə təltif ediliblər.

Xəbər lenti