Xəzər Xəbər

Müdafiə naziri hərbi tibb müəssisələrində olub - FOTO

Gündəm | 13:56 • 28 Dekabr 2017
Müdafiə naziri hərbi tibb müəssisələrində olub -
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən cəbhəboyu zonada səfərdə olarkən mobil səhra hospitalın kollektivi ilə görüşən general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti dekabrın 28-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında da olub.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.
Müdafiə naziri hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.
Tibb heyəti ilə görüşən general-polkovnik Z.Həsənov onlara Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini çatdırıb.
Sonra hərbi qulluqçulara dövlətimizin başçısı adından bayram sovqatları təqdim olunub.

Xəbər lenti