Xəzər Xəbər

Bioloqlar xərçəng hüceyrələrini aclıqla yox etdilər

Gündəm | 12:56 • 28 Dekabr 2017
Bioloqlar xərçəng hüceyrələrini aclıqla yox etdilər

Moskva Dövlət Universiteti isveç həmkarları ilə birlikdə hüceyrələri aclığa məcbur edib, bu da onların özlərini məhv etməsi ilə nəticələnib. Xərçəng hüceyrələri qidalandırıcı maddələri və oksigeni özündə cəmləşdirir, bunun sayəsində də çoxalır. Bu səbəbdən bioloqlar onların «yeməyini» məhdudlaşdırıb. Əgər hüceyrə aclıq şhiss edərsə, onun üçün həyati vacib olan zülalları istehsal edə bilmir.

MDU biologiya fakültəsinin professoru Boris Jivotskiy bildirib ki, zədələnmiş hüceyrələrin «iştahının öldürülməsi» immun sisteminə onunla mübarizəyə kömək edir. Bu, həmçinin kimyəvi və immun terapiyanın effektivliyini artırır.

«Aclıq» prosesini öyrənmək üçün alimlər iki növ «ölümsüz» xərçəng hüceyrələrini yetişdiriblər, sonra isə onları yeməkdən məhrum ediblər. Bundan sonra bir neçə genin aktivliyi azalıb.

Hücyerələrin «intiharı» zülal və eyni adlı Mcl-1 geninin iş sistemindən asılıdır. Belə bir sistem həm sağlam, həm də bir çox xərçəng hüceyrələrində var. Zülal molekullarından bir hissə hüceyrənin «intihar» prosesini işə salmağa məcbur edir, digərləri isə onu dəf edir.

BBA General subject-in məqaləsində deyilir ki, sağlam insanda «ölüm züllaları», «Mcl-1» və onların işini dəf edən digər molekullar arasında tarazlıq var. Lakin onkoloji xəstəliklər zamanı tarazlıq Mcl-1 tərəfinə dəyişir və şiş hüceyrələri ölmürlər.

Bu səbəbdən rusiyalı alimlər kiçik RNT molekulu yaradıblar. Onlardan bəziləri Mcl-1-in aktivliyini artırır, digəri isə işini dayandırırdı.

Qeyd edək ki, bundan əvvəl də amerikalı alimlər xərçənglə mübarizədə aclıq metodu barədə danışmışdılar. Kolorado Universitetində xərçəng hüceyrəsini onların bölünməsində rolu olan qlukozanı daha az qəbul etməyə məcbur edilmişdi. Nəticədə dərman preparatları daha effektiv təsir göstərib./faktxəbər

Xəbər lenti