Xəzər Xəbər

Gələn il QDİƏT-də sədrlik Azərbaycana keçəcək

Gündəm | 12:19 • 28 Dekabr 2017
Gələn il QDİƏT-də sədrlik Azərbaycana keçəcək

Gələn il Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında (QDİƏT) sədrlik Azərbaycana keçəcək.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) 2017-ci ilin yekunlarına dair mətbuat buraxılışında deyilir.

Qeyd olunur ki, 22 may 2017-ci il tarixində İstanbul şəhərində keçirilmiş QDİƏT-in 25 illik Yubiley Zirvə Görüşünün Birgə Bəyannaməsinə Azərbaycanın maraqlarını əks etdirən bir sıra müddəaların daxil edilməsinə nail olub. 2018-ci ilin ikinci yarısından etibarən isə QDİƏT-də sədrlik Azərbaycan Respublikasına keçəcək.

Xəbər lenti