Xəzər Xəbər

Həsən Ruhani Azərbaycana səfər edəcək

Gündəm | 11:32 • 28 Dekabr 2017
Həsən Ruhani Azərbaycana səfər edəcək

2018-ci ildə İran prezidenti Həsən Ruhani Azərbaycana səfər edəcək.

Bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

XİN rəsmisi bildirib ki. ölkələrimiz arasında əlaqələri yüksək səviyyədədir: "Ölkələrimiz bir-birilərini daima beynəlxalq təşkilatlarda dəstəkləyirlər. İran prezidentinin gələn il baş tutacaq səfəri zamanı siyasi, iqtisadi, humanitar və mədəni sahələrdə məsələlər müzakirə olunacağı gözlənilir. Bundan əlavə səfər zamanı Şimal-Cənub nəqliyyat dəhlizinə dair müzakirələr olacaq".

Xəbər lenti