Sabah Təhsil Nazirliyi
sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan
müəllim-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Nazirlikdən
XəzərXəbər-ə verilən məlumata görə, diaqnostik qiymətləndirmənin bu mərhələsində
rasionallaşdırılmış peşə təhsili müəssisələrinin 51 peşə-ixtisas
istiqaməti üzrə müəllim-pedaqoji heyəti iştirak edəcək.
Diaqnostik
qiymətləndirmənin keçirilməsində məqsəd "Azərbaycan Respublikasında
peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə
əsasən kadr hazırlığı prosesinin müasirləşdirilməsi üçün
müəllim-pedaqoji heyətin bilik və bacarıqlarının artırılması,
nəticələrdən asılı olaraq onların ixtisasartırma və yenidənhazırlanma
təlimləri vasitəsilə əmək bazarının tələblərinə uyğunlaşdırılmasıdır.
Diaqnostik qiymətləndirmə dekabrın 29-da saat 10.00-da Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (əvvəlki 5 nömrəli Bakı Peşə Liseyinin binası) keçiriləcək.
Bu
il ərzində peşə təhsili müəssisələri üzrə ümumtəhsil fənn
müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib və həmin
müəllimlər inkişafyönümlü təlimlərə cəlb olunub.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, Bakı, Gəncə və Qəbələdə
yerləşən 34 ilk peşə-ixtisas təhsili müəssisəsi şəbəkəsinin
rasionallaşdırılması həyata keçirilib və 14 ixtisaslaşmış Dövlət Peşə
Təhsil Mərkəzi yaradılıb.