"Ermənistanın
Azərbaycana qarşı davam edən təcavüzü və torpaqlarımızın işğal altında
qalması Azərbaycanın təhlükəsizliyi üçün ən ciddi təhlükə olaraq qalır".
XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri
Hikmət Hacıyev 2017-ci ilin yekunlarına dair keçirilən mətbuat
konfransında deyib.
H.Hacıyevin sözlərinə görə, Azərbaycan siyasəti milli maraqların qorunması, Ermənistan
tərəfindən törədilən işğal və təcavüzün aradan qaldırılması, ərazi
bütövlüyü və suverenliyinin təmin olunması, ölkənin beynəlxalq nüfuzunun
təbliğ edilməsi, sülhün təbliği davam etdirilib.
"Bu il də torpaqlarımızın Ermənistan tərəfindən işğalı ölkənin təhlükəsizliyi üçün ən ciddi təhdid olaraq davam edib. Ermənistan işğalı davam etdirmək və status-kvonu saxlamaq siyasətini davam etdirib. Beləliklə, işğala son qoyulmayıb. Ermənistan
il ərzində siyasi və hərbi təxribatlar törətməklə danışıqlar prosesini
pozmaq, danışıqlara şərt qoymaq və status- kvonu qorumağa hesabalanan
siyasət yürüdüb ki, bu da münaqişənin siyasi yolla həllinə imkan
verməyib".
XİN rəsmisi əlavə edib ki, 2017-ci ildə Azərbaycanda müstəqil, çoxistiqamətli, tarazlaşdırılmış xarici siyasət kursu davam edib.
H.Hacıyev
vurğulayıb ki, ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində
qeyri-qanuni rejimdə qanunsuz referendum keçirilməsi beynəlxalq
ictimaiyyət tərəfindən rədd edilib və Azərbaycanın ərazi bütövlüyünə
hörmət nümayiş etdirilib: " İl ərzində Ermənistan tərəfi yenə də hərbi təxribatlara əl ataraq qoşunların təmas xəttində vəziyyəti gərginləşdirib. Ermənistanın
Azərbaycanın mülki vətəndaşlarını qəsdən hədəfə alması və bir neçə
mülki vətəndaşımızı qətlə yetirməsi beynəlxalq ictimaiyyət tərəfindən
qəti pislənilib.Ermənistanın işğal siyasəti davam edib və cəzasız qalması nəticəsində digər avanturalara əl atıb".