"Bir tərəfdən yerli
istehsal inkişaf edir, bunun üçün stimul yaranır, digər tərəfdən isə
idxalın azalması prosesi baş verib. Bunlar şübhəsiz ki, bizim valyuta
mövqeyimizə, valyuta ehtiyatlarımızın azalmamasına, əksinə isə bir qədər
artmasına müsbət təsir göstərib".
XəzərXəbər xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib.
Nazir
bildirib ki, bu ilin ötən müddəti ərzində ölkənin ticarət saldosu
müsbətə doğru dəyişib: "Şübhəsiz ki, burada neftin qiymətinin artmasının
da rolu var. Eyni zamanda, ölkədə aparılan idxalın əvəzlənməsi siyasəti
öz müsbət nəticələrini verməkdədir. İndi ticarət saldomuz təqridən 5
milyard dollara yaxın müsbət nəticə verib. Bu da onu göstərir ki, ölkəyə
daha çox xarici valyuta daxil olur ki, bu da öz növbəsində bizim
tədiyyə balansımıza müsbət təsir göstərir. Beləliklə, biz valyuta
ehtiyatlarımızı, maliyyə qüvvəmizi bir qədər də artırmağa nail olmuşuq".
S.Şərifov qeyd edib ki, 2018-ci ildə də bu işlərin davam etdirilməsi istiqamətində işlər görüləcək.