Xəzər Xəbər

Cəbhəboyu zonada yeni hərbi obyektlər tikilir

Gündəm | 14:41 • 27 Dekabr 2017
Cəbhəboyu zonada yeni hərbi obyektlər tikilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam etdirilir.

Müdafiə Nazirliyindən (MN) XəzərXəbər-ə verilən məlumata görə, nazirliyin rəhbərliyi cəbhəboyu zonada tikilməkdə olan bir sıra hərbi obyektlərdə olub.

Tikintilər aparılan ərazilərə baxış keçirən müdafiə naziri general-polkovnik Zakir Həsənov inşaat işlərinin gedişatını yoxlayıb və müvafiq tapşırıqlar verib.

Xəbər lenti