Xəzər Xəbər

Komandir heyətinin nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılır

Gündəm | 17:11 • 12 Dekabr 2017
Komandir heyətinin nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılır
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən, poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə yarışlar keçirilir.
Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Kəşfiyyat bölmələrinin divizion, eskadrilya və tabor komandirləri arasında keçirilən müsabiqədə iştirak edən şəxsi heyətin atəş, sıra və fiziki hazırlığı üzrə nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılıb, həmçinin zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələri idarəetmə bacarıqları qiymətləndirilib.
Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar.

Xəbər lenti